- Köhnə - Mədəniyyət
- 12 İyun 2017 11:52
- 12 210
“Mumiya” filminin premyerası 170 milyon dollar qazandırdı
Amerikalı rejissor Aleks Kurtsmanın yeni “Mumiya” filmi gözləniləndən daha çox gəlir gətirib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, kino tənqidçiləri filmin uğursuz olduğunu bildirir və buna görə də əldə olunan gəlirin 130 milyondan çox olmayacağını proqnozlaşdırırdılar. Lakin film hələ premyera həftəsi başa çatmamış geniş izləyici kütləsi toplayıb.
Filmdə baş rolu amerikalı aktyor Tom Kruz ifa edir.
Bəxtiyar Abbasov
AzNews.az