Xalq artisti Qəndab Quliyeva dünyasını dəyişib. Xalq artisti Qəndab Quliyeva dünyasını dəyişib.

Qəndab Quliyeva vəfat etdi - Yenilənib

Xalq artisti Qəndab Quliyeva dünyasını dəyişib.

Bu barədə AzNews.az-a xanəndənin oğlu Hafiz Həmidov məlumat verib. Onun sözlərinə görə Xalq artisti evdə dünyasını dəyişib: "Anam dünyasını dəyişdi. Dəfn mərasimi ilə məşğuluq".

Mərhumla vida mərasimi sabah keçiriləcək. Xalq artisti Binə kənd qəbiristanlığında dəfn olunacaq.

***

11:46

"Xalq artisti Qəndab Quliyevanın ölümü ilə bağlı yayılan məlumatlar yanlışdır".

Bu barədə AzNews.az-a Qəndab Quliyevanın oğlu Hafiz Həmidov məlumat verib. Onun sözlərinə görə, həkimlər xalq artistini artıq süni tənəffüs aparatından ayırıb: "Vəziyyəti ağır olaraq qalır. Hal-hazırda anamı evə aparırıq. Həkimlər belə məsləhət gördülər".

Bahar RÜSTƏMLİ

AzNews.az