Xalq artisti, tanınmış muğam ifaçısı Qəndab Quliyeva ilə vida mərasimi Təzə Pir Məscidində keçiriləcək. Xalq artisti, tanınmış muğam ifaçısı Qəndab Quliyeva ilə vida mərasimi Təzə Pir Məscidində keçiriləcək.

Sabah Xalq artisti ilə vida mərasimi keçiriləcək

Xalq artisti, tanınmış muğam ifaçısı Qəndab Quliyeva ilə vida mərasimi Təzə Pir Məscidində keçiriləcək.

Bu barədə AzNews.az-a Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov məlumat verib. O, bildirib ki, Qəndab Quliyeva ilə vida mərasimi sabah saat 12:00-dan 14:00-a kimi keçiriləcək. Nazirlik rəsmisi, Qəndab Quliyevanın Binə qəbiristanlığında anasının yanında dəfn olunacağını vurğulayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az