- Köhnə - Mədəniyyət
- 6 Noyabr 2017 13:12
- 30 861
Xalq artistinin səhhəti ilə bağlı açıqlama - “Səhər-səhər yenidən...”
Xalq artisti Fuad Poladovun səhhəti qaydasına düşüb.
Bunu AzNews.az-a açıqlamasında tibb elmləri doktoru, professor Paşa Qəlbinur deyib. Onun sözlərinə görə, aktyorun görmə qabiliyyəti tamamilə bərpa olunub:
“Sağ gözündə problem var idi. Buna görə əməliyyat etdik. Əməliyyatı oğlumla birlikdə apardıq. Hazırda aktyorun səhhəti çox yaxşıdır. Səhər-səhər yenidən müayinə olundu. Fuad Poladovun görmə qabiliyyəti 27 yaşında olduğu kimidir”.
Qeyd edək ki, Xalq artisti Fuad Poladov iki gün öncə gözündən əməliyyat olunub.
Bahar RÜSTƏMLİ
AzNews.az