Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "İslam Həmrəyliyi İli" çərçivəsində ölkəmizdə səfərdə olan misirli alimlərin tələbələrlə yekun görüşü keçirilib. Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "İslam Həmrəyliyi İli" çərçivəsində ölkəmizdə səfərdə olan misirli alimlərin tələbələrlə yekun görüşü keçirilib.

Ərəb dili üzrə xəttatlıq sənətini öyrənənlərə sertifikatlar verildi

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "İslam Həmrəyliyi İli" çərçivəsində ölkəmizdə səfərdə olan misirli alimlərin tələbələrlə yekun görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə Fondun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi və məşhur xəttat Mustafa Məhəmməd Amrinin 18-22 dekabr tarixlərini əhatə edən görüşləri sona çatıb.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilən yekun tədbiri Mərkəzin rəhbəri Əhməd Sami Elaydi giriş sözü ilə açaraq, misirli alimlərin səfər çərçivəsində keçirdikləri görüşlərdən və effektiv nəticələrdən danışıb.

Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov açaraq, bu səfər çərçivəsində işgüzar görüşlərə qatıldıqları, alim, mütəxəssis, tələbə və gənclərlə Beynəlxalq Ərəb Dili Günü ilə bağlı maarifləndirici məruzələr söylədikləri, Ərəb xəttatlıq sənətinin sirlərini təlimlərdə iştirak edənlərə həvəslə öyrətdikləri üçün təmsil etdiyi qurumun rəhbərliyi adından misirli alimlərə minnətdarlığını bildirib.

Misirli alimlər də öz növbəsində Azərbaycanda zəngin məlumatlar əldə etdiklərini, təəssüratlar qazandıqlarını, yerli alimlərlə geniş əlaqələr yarada bildiklərini, gələcəkdə bu əlaqələrin intensiv mərhələdə davam etdiriləcəyini vurğulayıblar.

Tədbirin sonunda misirli alimlərə hədiyyələr və xəttat Mustafa Məhəmməd Amrinin "Ərəb dili üzrə xəttatlıq sənəti" mövzusunda keçdiyi təlimlərin iştirakçılarına Bilik Fondu və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin hazırladığı sertifikatlar verilib.

Misirli alimlər Azərbaycanda qonaq olduqları müddətdə Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq və Əlyazmalar institutlarında, Mərkəzi Elmi Kitabxanasında rəhbərliklə, əməkdaşlarla, tələbələrlə maraqlı görüşlər keçiriblər.

image description