- Köhnə - Mədəniyyət
- 16 Yanvar 2018 16:51
- 28 336
Coşqun Rəhimov da əməliyyata götürüldü: “2 saat çəkəcək...”
“Bu şəhərdə”nin daha bir aktyoru, Əməkdar artist Coşqun Rəhimov da əməliyyata götürülüb.
AzNews.az-a daxil olan məlumata görə, aktyorun əməliyyatı iki saatdan sonra bitəcək. Onu əməliyyat edən qulaq-burun-boğaz həkimi Məzahir Quliyevin köməkçisi məlumatı təsdiq edib:
“Hazırda əməliyyatdayıq. İki saatdan sonra Rəfael və Çoşqunun səhhəti ilə bağlı ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, “Bu şəhərdə”nin aktyoru, Əməkdar artist Rəfael İsgəndərov səhər saatlarına əməliyyat olunub. O, 9 saat əməliyyat otağında qalıb.
Bahar RÜSTƏMLİ
AzNews.az