- Köhnə - Mədəniyyət
- 2 Fevral 2018 18:57
- 8 827
Mingəçevir teatrının 50 illiyi qeyd ediləcək
Prezident İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında sərəncam imzalayıb.
AzNews.az xəbər verir ki, sərəncamda milli teatr sənətinin inkişafında özünəməxsus mövqeyə malik Mingəçevir Dövlət Dram Teatrının 50-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə teatrın yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.