- Köhnə - Mədəniyyət
- 6 Fevral 2018 22:52
- 11 266
Alsu Bakıya gəlib - Foto
Rusiya estradasının məşhur müğənnisi Alsu Bakıda Muzey Mərkəzində rəssam Firəngiz Hüseynovanın “Qəlbin inciləri” adlı fərdi sərgisində qonaq qismində iştirak edib.
AzNews.az Azərtac-a istinadən xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Bu, Firəngiz Hüseynovanın ikinci fərdi sərgisidir. Rəssam xarici ölkələrdə keçirilmiş bir sıra müştərək sərgilərin də iştirakçısı olub. Onun əsərləri Almaniya, Rusiya, ABŞ, İsrail, Çin, İspaniya və digər ölkələrdə fərdi kolleksiyalarda saxlanılır.