Anar yubileyini harada keçirəcək?



Xalq yazıçısı Anar Rzayevin 75 yaşını Gürcüstanda keçirəcək. Bunu AzNews.az-a Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu bildirdi:

"Anar müəllim Gürcüstandadır. Axundovun yubileyi ilə bağlı onun ssenarisi əsasında ekranlaşan "Sübhün səfiri" filmini aparıblar. Neçə gündür ki, orada silsilə tədbirlər keçirilir, film nümayiş olunur. Anar müəllimə heç nə lazım deyil. Nə lazımdırsa onu dövlət verib. Yəqin ki, Prezident tərəfindən təbrik məktubu olar".

Ə.Əsgəroğlu bildirdi ki, 75 yaşlı yubilyar Azərbaycana martın 18-də gələcək.

Bahar Rüstəmli
AzNews.az