Ulduz müğənni Azərbaycan milli geyimində - Fotolar

Özbək estradası və kinosunun ulduzu, “Nixol” dövlət mükafatının laureatı Mənzurə azərbaycanlı rejissor Nail Naiboğlunun “Ayrı dünyalar” klipində çəkilib.

AzNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan və Özbəkistan xalqlarının dostluğunu əks etdirən layihənin müəllifi deyib.

“Banu Dance Studio” rəqs kollektivinin iştirakı ilə klip çəkilişi Bakının müxtəlif yerlərində - "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, Ağ şəhər, Xəzərin sahili və digər yerlərdə aparılıb. Klip meyxanaçı Tərlan Novxanının müəllif kompozisiyasına çəkilib. Onlar kompozisiyanı Azərbaycan dilində duet şəklində ifa edirlər. Mənzurə Gülnarə Xəlilovanın rəhbərlik etdiyi Azərbaycan Milli Geyim Mərkəzinin paltarında, eləcə də özbək milli geyimində çıxıb.

N.Naiboğlu deyib ki, Azərbaycan-Özbəkistan dostluğu bir çox xalqlar üçün nümunədir:

“Mənzurə ölkəmizi çox sevir və Gülnarə Xəlilovadan olan Azərbaycan milli geyimində çəkilmək istəyini özü ifadə edib. O, Gülnarə Xəlilovanın işlərini sosial şəbəkələrlə internet saytlarında görüb. “Ayrı dünyalar” bu ifaçılarla ikinci işimdir. Daha əvvəl Tərlan Novxanı və Mənzurənin iştirakı ilə “Xəyanət etmərəm” klipi təqdim olunub, lakin həmin vaxt onlar öz doğma dillərində ifa edirdilər. Yeni klipdə hər ikisi Azərbaycan dilində ifa edəcək”.

image description image description image description image description image description