Azərbaycanlı alimin İsveç dilində romanı çıxıb

İsveçdə fəaliyyət göstərən “Azər” cəmiyyətinin sədri, Malmo Universitetinin doktoru, Manaf Səbəbinin isveç dilində romanı çapdan çıxıb.Bu barədə müəllifin özü bildirib.



Uzun əməkdən sonra, nəhayət roman kitabım çapdan çıxdı. Əsərin adı "İradənin yolu, Taleyin görüntüsündən"dir. Əsər isveç dilindədir.

Əsərin məzmunu ondan ibarətdir ki, bir ana vəfat etdikdən sonra, onun iki oğlu Əfqanıstandan İrana köçürlər, orada onların çətin həyat yaşamaları,digər qardaşın İranda bir qıza aşiq olması, sonradan həmin gəncin İsveçə mühacirət etməsi və s. fəsillərdə öz əksini tapıb. Əsər İsveç mediasının marağına səbəb olub",-deyə Manaf Səbəbi bildirib.

AzNews.az