Məlahət Abbasovaya diplomatik pasport verilib - "Bu pasportu alan tək sənət adamıyam"

Azərbaycanlı aktrisa Məlahət Abbasovaya diplomatik pasport verilib.

AzNews.az xəbər verir ki, bu barədə aktrisa özü məlumat verib:

"Nəhayət 27 illik Avropa və Asiyanın ən böyük teatrı hesab olunan İstanbul Böyükşehir Bələdiyyəsi şəhər teatrındakı əməyimin qarşılığı gəldi. Türkiyə və Azərbaycan dövlətinin sadiq, ləyaqətli əsgəri olaraq, bununla qürur duyuram və 2 dövlət bir millət övladı kimi Türkiyə Cümhuriyyəti tərəfindən mənə layiq görülən bu əmanəti ləyaqətlə daşıyacağam. Bu pasportu alan tək sənət adamıyam. Azərbaycanlı olaraq qürur duydum”.

Qeyd edək ki, aktrisa 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurub. Çütlüyün bu nikahdan Sudə və Uğur adlı iki övladı var.

Bahar RÜSTƏMLİ
AzNews.az