- Köhnə - Mədəniyyət
- 24 Aprel 2013 10:46
- 3 940
Rasim Balayev yıxıldı - müalicə alır
Səhhəti ilə bağlı AzNews.az-a məlumat verən aktyorun sözlərinə görə, hazırda o, ev şəraitində müalicə olunur:
"Yıxılmışam, qolum ağır sərpib. Evdə müalicə olunuram. Yaradıcılıq işlərilə isə qətiyyən maraqlanmıram. Açığı, mənə zəng edib, hər hansı bir filmlə bağlı təklif edən də yoxdur. Gözləyirəm. Çəkirlər çəksinlər, çəkmirlər də canları sağ olsun. Mən onsuz da aktyor kimi sözümü demişəm".
"Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqından üçün dəvət gəlsə qəbul edərsinizmi?" sualına isə xalq artistinin cavabı belə oldu: "Qətiyyən, mən o ittifaqa heç vaxt üzv olmaram".
Bahar Rüstəmli
AzNews.az