“Sərgiyə 20 min kitab çıxaracağıq” – Şahbaz Xuduoğlu

"Biz bu yarmarkada 20 mindən çox kitabla iştirak edəcəyik".

Bunu AzNews.az-a "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu bildirdi.

Onun sözlərinə görə, III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Qanun Nəşrlər Evinin kitabları 20 faiz endirmlə satılacaq: "Bizim bütün kitablara 20 faiz endirim olacaq. Hədəfimiz sərgiyə daha çox iştirakçının cəlb olunmasıdır".

Xatırladaq ki, III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gəlib. Sərgi sentyabrın 23-dən 25-dək davam edəcək.

Bahar Rüstəmli
AzNews.az