Azərbaycan kitabları Almaniyada sərgilənəcək


Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük kitab sərgi-yarmarkası keçiriləcək. Oktyabrın 9-dan 13-nə kimi davam edəcək sərgidə Azərbaycan kitabları da nümayiş olunacaq.

Bu barədə AzNews.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Frankfurter Messe sərgi şəhərciyində 48 kvadrat metr sahədə nümayiş olunacaq sərgidə Qız qalasının fiquru və Qala divarları fonunda dizayn edilən stenddə ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alacaq.

Bahar
AzNews.az