Fəxrəddin Manafov 57 yaşını qeyd edir Fəxrəddin Manafov 57 yaşını qeyd edir

Tanınmış aktyorun ad günüdür

Fəxrəddin Manafov 57 yaşını qeyd edir

Bu gün Azərbaycanın xalq artisti Fəxrəddin Manafovun doğum günüdür. O, 2 avqust 1955-ci ildə Xankəndidə anadan olub. 1980-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor vəzifəsində çalışıb. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir.

1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti Fəxri adlarına layiq görülüb.

AzNews.az-ın rəhbərliyi və kollektivi xalq artistini bu münasibətlə ürəkdən təbrik edir, uğurlar arzulayır.


AzNews.az