Tahir Salahovun yubileyinə həsr olunmuş sərgi

Fransa İncəsənət Akademiyasında Xalq Rəssamı Tahir Salahovun 85 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a verilən məlumata görə, sözügedən sərgigidə rəssamın rəngkarlıq, qrafika və xalça üzərində toxunmuş əsərləri nümayiş olunacaq.

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan sərgi fevralın 27-dən martın 14-ə kimi davam edəcək.

Bahar Rüstəmli
AzNews.az