Alim Qasımov: “Gün gəlsin ki, bu qələbə bizə Qarabağ sevincini də yaşatsın”

"Maşallah, Allah Azərbaycan xalqını bədnəzərdən saxlasın. Gün gəlsin ki, bu qələbə bizə Qarabağ sevincini də yaşatsın. Mən bütün Azərbaycana gözün aydın olsun deyirəm. Axır ki, haqq öz yerini tapdı". Bunu AzNews.az-a xalq artisti, Azərbaycan muğamlarını bütün dünyada təbliğ edən Alim Qasımov dedi.

A.Qasımov Ramin Səfərovun Azərbaycana gətirilməsində xidmətləri olan dövlət başcısı İlham Əliyevə təşşəkür etdi: "Sağ ol, İlham Əliyev, Azərbaycan dövləti dünyaya bir daha sübut etdi ki, qüdrətli xalqdır. O, xalqının qəhrəman oğlunu yadların əlində, xüsusən də onların həbsxanasında qoymaz".

Bahar
AzNews.az