“Əbədi ər“ alana 20 faiz endirim- AKSİYA

Zero Kitab Evi 10 may (şənbə günü) saat 15:00-17:00 arası endirimli təqdimat aksiyası keçirir.

Təqdimat günü Fyodor Dostoyevskinin Bakıda yeni nəşr olunmuş "Əbədi Ər" romanını alan hər kəs mağazadakı digər minlərlə kitaba 20 faiz endirim əldə etmiş olur. Kampaniya yalnız həmin gün keçərlidir.

Əsərləri hər zaman maraqla oxunan Dostoyevskinin "Əbədi ər" romanında qəzəb və nifrətin sevgini necə məhv etdiyi göstərilir. Ancaq bütün bunar o demək deyil ki, nifrət güclü, sevgi isə zəifdir.

Bu romanı oxusanız, ərləri vasitəsi ilə oynaş tapan qadınların iç üzünü görəcək, pis əməllərin və günahın son nəfəsədək insanın yaxasını buraxmamağının, yaddaşın əzab verməsinin, dost xəyanətinin mahiyyətini anlayacaqsınız.

Ünvan: İstiqlaliyyət 71, Zero Kitab Evi (Sabir Bağı ilə üzbəüz)

AzNews.az