Dövlət Kukla Teatrı Rusiyadan qayıtdı

2014-cü ilin may ayının 3-dən 7- dək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiyanın Kurqan şəhərində keçirilən "Mechta o polyote " 3-cü Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edib.

Teatrın baş rejissoru Qurban Məsimovun AzNews.az-a verdiyi məlumata görə festivalda Yaponiya, Yunanistan, Bolqarıstan, Polşa, Türkiyə, Almaniya, Ukrayna, Rusiyanın Sankt-Peterburq , Kemerovo , Tümen, Kurqan kukla teatrları da fərqli üslublarda və rəngarəng tamashalarla çıxış ediblər. Əsasən psixoloji dramlarla zəngin teatr fesivalında Dövlət Kukla Teatrı tamaşaçılara Qurban Məsimovun " Çanta-trio və... " və Ələkbər Hüseynovun" Xrabrıy Axmed " tamaşalarını təqdim edib. Münsiflər heyətinin sədri, Rusiyanin xalq artisti , Mıtişi "Oqnivo" Kukla teatrının bədii rəhbəri Stanislav Jelezkin Azərbaycan Kukla Teatrı aktyorlarının gərdək önundə oyunlarını yüksək qiymətləndirərək, aktyorlarımızin məharətlə canlı planda işləməsını və yüksək plastikaya malik olduqlarını qeyd edib. Festivalın direktoru Yelena Letyaqina Kukla Teatrının yaradıcı heyəti ilə xoş təəsüratlarını bölüşərək, yenidən görüşməyi arzulayıb . Teatrın kollektivi festivalın diplom və mükafatı ilə təltif edilib. Festival çərçivəsində Çexiyalı kukla ustalarının "Teatr kuklasının yaranması" adlı ustad dərsləri keçirilib ,"Qulliver" Kurqan kukla teatrının yaradıcılıqına həsr edilmiş fotolar və marionet kuklalar sərgilənib, Tatyana Andryevanin kukla teatrı aktyorları haqqinda "İşıq bəxş etmək istedadi" adli kitabının təqdimatı olub . Qeyd edək ki, səfərdə teatrın direktoru Rəşad Əhməd-zadə,baş reiissor Qurban Məsimovdan başqa aktyorlar Rəhim Rəhimov, Elnur Abbasquliyev, Elnur Əliyev və səs və işıq texniki Aslan Axundov iştirak edib.

Sonda teatrın baş rejissoru Qurban Məsimov mükafatla təltif edilməsindən də danışıb: "Fursətdən istifadə edib Prezident Mukafatı ilə təltif edildiyim üçün cənab Prezidentə, Mədəniyyət və Turizm Nazirliyinə dərin təşəkkürümü bildirirəm".

İntiqam Valehoğlu
AzNews.az