- Köhnə - Mədəniyyət
- 16 May 2014 12:53
- 4 270
Afaq Bəşirqızı səhnəyə qayıdır
Bunu AzNews.az-a açıqlamasında teatrın bədii hissəsinin rəhbəri Elxan Ocaqov deyib.
Onun sözlərinə görə, A. Bəşirqızı səhnəyə Emin Sabitoğlunun "Bankir adaxlı" tamaşası ilə çıxacaq: "Afaq xanım hazırda yeni tamaşa üzərində işləyir. Mərhum sənətkarımız Hacıbaba Bağırovdan sonra bu tamaşa oynanılmırdı. Afaq xanım isə tamaşanı repertuara qaytardı. O, bu tamaşada həm aktyor, həm də rejissordur. Əsər yeni quruluşda hazırlanıb".
Qeyd edək ki, A.Bəşirqızı bu tamaşada əməkdar artist Çingiz Əhmədovla tərəf müqabili olacaq.
Bahar
AzNews.az