Eldar Qasımov: “Səni sevirəm, Konçita”

"Eurovison 2001" mahnı müsabiqəsinin Azərbaycandan olan qalibi Eldar Qasımov həmin yarışmada bu il birincilik qazanmaqla qalmaqal yaradan Konçita Vrustunu müdafiə edib. O, sosial şəbəkədə Konçitanı bəyəndiyini bildirib:

"Başqalarının sənin haqda dedikləri mənə maraqlıdırmı? Xeyr. Mən səni sevirəm, Konçita. Artıq bu mənasız söhbətlərdən bezdim. Sən o lənətə gəlmiş mikrofonu götürdün və "Eurovision" müsabiqəsini fəth etdin. Mənim vecimə deyil, nə deyirlər və nə deyəcəklər. Fakt odur ki, dünyanın yarısı onun ayaqları altındadır. Bu pisdir və ya yaxşıdır, buna biz qərar vermirik və yaxşı ki, biz qərar vermirik. Şadam ki, qaliblər sırasına qatıldın. Səni təbrik edirəm, əzizim".

AzNews.az