Tanınmış rəssam, UASB-in Azərbaycan təmsilçisi və Rəsm Komitəsinin sədri Nəvai Metin Azərbaycandan gedir. Tanınmış rəssam, UASB-in Azərbaycan təmsilçisi və Rəsm Komitəsinin sədri Nəvai Metin Azərbaycandan gedir.

Tanınmış rəssam Azərbaycandan gedir - Açıqlama

Tanınmış rəssam, UASB-in Azərbaycan təmsilçisi və Rəsm Komitəsinin sədri Nəvai Metin Azərbaycandan gedir.



Bu barədə AzNews.az-a rəssamın özü məlumat verib.
O, bildirib ki, Azərbaycandan getmə səbəbi Türkiyədən ona edilən dəvətdir: "Mən bu yaxınlarda Türkiyənin Edine şəhərində festivalda oldum. Həmin festivalda məni Nazmi Metinin rəhbərliyi ilə Dünya Türk Rəssamları Dayanışma Dərnəyinə üzv seçdilər. Mən dərnəyin Azərbaycan təmsilçisi seçildim. Həmin festivaldan sonra mən Türkiyənin Antalya şəhərində keçirilən festivala qatıldım. Elə festival ərəfəsində Antliyanın İbradı ilçəsinin bələdiyyə başkanı Serkan bəydən dəvət gəldi. Dəvətdə bildirdilər ki, İbradi rayonu da daxil olmaqla onun iki qəsəbəsində- Ormana ve Ürünlü də rəsm studiyası açmağımı xahiş etdilər. Mən də təklifi qəbul etdim".

N.Metin onu da bildirib ki, onu Türkiyədə yaşamaq üçün onu evlə də təmin ediblər.

Bahar RÜSTƏMLİ
AzNews.az