- Köhnə - Mədəniyyət
- 28 Sentyabr 2012 15:23
- 3 511
Müəllimlər Heydər Əliyev Sarayına toplanır
Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən hazırlanır. İdarənin beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı AzNews.az-a bildirib ki, rəsmi və bədii hissədən ibarət olacaq tədbirdə yaradıcılıq kollektivləri öz çıxışları ilə müəllimləri təbrik edəcəklər.
Mərasimdə təhsil naziri Misir Mərdanov, BŞTİ-nin müdiri Nailə Rzaquliyeva, millət vəkilləri və hökumət təmsilçiləri iştirak edəcək.
Elnarə Əlosmanqızı
AzNews.az