Sirkdə “Payız əyləncəsi”

Bakı Dövlət Sirki mövsüm açılışına hazırlaşır. Qeyd edək ki, mədəniyyət ocağı bu dəfə sirksevərləri "Payız əyləncəsi" adlı fantastiq şou-proqramla salamlayacaq. Rusiyanın məşhur sirk ustalarının iştirakı ilə baş tutacaq şou-proqram oktyabrın 24-dən start götürəcək.

Onu da qeyd edək ki, "Payız əyləncəsi" adlı şou-proqram noyabr ayının ortalarına kimi davam edəcək.

Bahar Rüstəmli
AzNews.az