Niyə teatr rəhbərləri belə əsərlərin səhnəyə yol açmasının qarşısını alır? Niyə teatr rəhbərləri belə əsərlərin səhnəyə yol açmasının qarşısını alır?

“Teatr rəhbərlərinin cəsarəti yoxdur...”

Niyə teatr rəhbərləri belə əsərlərin səhnəyə yol açmasının qarşısını alır?



Yazıçı-dramaturq Xeyrəddin Qoca internet portallarını birinə müsahibəsində rejissor və dramaturqları ağır ittiham edib: "Rejissorlarımız, dramaturqlarımız, aktyorlarımız bu real həyat hadisəsini əks etdirə bilmirlər, ya bunu bacarmırlar, ya da buna cəsarətləri çatmır. Bu gün insanlar Musiqili Komediya Teatrına gedir, gülmək və ömürlərini uzatmaq üçün. Kimsə kiməsə bir təpik vurur, kimsə kimisə söyür, təhqir edir başlayırlar gülməyə. Elə seriallarımız da belədir. Baxırsan, əttökən, şit, bayağı seriallar televiziyaları başına götürüb".

Musiqili Komediya Teatrının direktor müavini Elxan Ocaqov AzNews.az-a açıqlamasında X.Qocanı teatrda 8 il bundan əvvəl gördüyünü dedi: "Bilirəm ki, o, 7-8 il bundan əvvəl Musiqili Komediya Teatrına bir əsər gətirmişdi, vəssalam. Başqa görməmişəm".

"Pərvanələrin rəqsi" teleserialının rejissoru Rövşən İsaqın sözlərinə görə, X.Qoca fikirinin onlara heç bir aidiyyəti yoxdur: "Mən inanmıram ki, Xeyrəddin müəllim bu fikri deyəndə "Pərvanələrin rəqsi"ni nəzərdə tutsun. Buna yüz faiz əminəm".

Yazıçı-dramaturq Firuz Mustafa isə aktyorluq bir şey yoxdur. Aktyor nəyi əks etdirsin? Ona nəsə yazıb verməlidirlər ki, oynasın. Əgər real həyatı əks etdirməkdən söhbət gedirsə, orada rejissorun da günahı yoxdur. Əsas müəlliflərdir. Etiraf edək ki, bizim yetərli sayda cəsarətli müəlliflərimiz və rejissorlarımız var. Amma onları tamaşa halına gətirmək üçün cəsarətli teatr rəhbərlərimiz yoxdur. Hanı o, cəsarətli teatr rəhbərləri? Gərək elə Xeyrəddin müəllim bunu qabardaydı. Niyə teatr rəhbərləri belə əsərlərin səhnəyə yol açmasının qarşısını alır?"

Bahar Rüstəmli
AzNews.az