“Yarışma- 3” yarışmasında utanverici olay “Yarışma- 3” yarışmasında utanverici olay

“Lider”də öpüş qalmaqalı

“Yarışma- 3” yarışmasında utanverici olay



"Lider" telekanalında "Yarışma- 3" aşıq müsabiqəsi başlayıb. Yarışma başlayar-başlamaz münsif üzvü şair Alqayıt aşıq Tellidən öpüş umacağını dilə gətirib. Telli isə gec gəldiyinə görə, onunla öpüşə bilmədiyini və verilişdən sonra mütləq Alqayıt müəllimi öpəcəyini bəyan etdi. O, Alqayıta xəbərdarlıq etdi ki, "mən sənin ürəyindən keçsəm də, sənin olan deyiləm".

"Yarışma-3" müsabiqəsinin münsiflər heyətinin sədri şair Alqayıt AzNews.az-a açıqlamasında bildirdi ki, öpüşü ucuz qiymətləndirdiyinə görə, o, Aşıq Tellini oradan qovub: "Telli hər dəqiqə kəlbəcərliləri öpüş göndərirəm, filankəsləri öpürəm və s. deyirdi. Dedim ki, a Telli, sən bu öpüşün qədrini niyə bilmirsən? O, da mənə əsəbi cavab verdi. Dedi ki, "mən səni öpmədim, ona görə belə deyirsən". Dedim ki, mənə öpüş lazım deyil. O ki, qala sənin öpüşün...

Başa düşmədim, bu nə sözdür- "sən mənim dərdimdən ölsən də mən sənin deyiləm"? Bəyəm Telli mənimdir?"

Bəs, "Yarışma-3" niyə "Öpüşmə-3" kimi təqdim olunur sualına şairin münasibəti belə oldu: "Nə öpüşmə? Bu Telliyə aiddir, o, müsabiqəni öpüşməyə döndərib. Əvvəlcə aparıcı olub. Amma sonra onu aparıcılıqdan qovublar. Mən sözü üzə deyən adamam. Elə Tellinin də üzünə dedim ki, sən tərifdən ötrü ölən keyfiyyətsiz qadınsan. Axı sən öpüşü niyə bu şəkilə salıb zay edirsən? Nə desin. Başladı ki gedəndə səni də öpəcəm, filan, peşman. Mən də dedim ki, mənə öpüş lazım deyil. Amma sənin bu öpüşü ucuzlaşdırmağa haqqın çatmır. Mən onu yerində elə oturtdum ki, tərpənə bilmədi. Öpüş insanların ən ülvi hissləridir. Qadın da hər gələni öpər?"

Qeyd edək ki, müsabiqənin münsiflər heyətində Aşıq Alqayıt, Aşıq Abbas Şirvanlı, Aşıq Telli və başqa sənətkarlar təmsil olunur. Aşıq Altay Məmmədli ilə Aşıq İslamın rolunun mahiyyətini şair belə əsaslandırdı: "Onların vəzifəsi iştirakçıları hazırlayıb bizə təqdim etməkdir. Onların hər biri ən azı 5 hava öyrənməlidir".

Bahar Rüstəmli
AzNews.az