“Kamançada ifam dünyaya mesaj idi” - Elnur Mikayılov

“Bakı 2015” Avropa Oyunlarının bağlanış mərasimində yaddaqalan ifalardan biri Azərbaycanın milli aləti olan kamançanın payına düşür”.


Bunu AzNews.az-a açıqlamasında kaman ifaçısı Elnur Mikayılov deyib. O, bildirib ki, Birinci Avropa Oyunlarının bağlanış mərasimindəki ifa əslində bir mesaj xarakteri daşıyıb: "Tarın Azərbaycanın milli aləti olduğu YUNESKOda təsdiqini tapdı. Kamança da bizim milli alətəmizdi. Amma onun tarixini yadlaşdırmaq istəyənlər var. Ermənilər buna da cəhd edirlər. Eyni zamanda İrandan da belə bir iddia ilə çıxış edənlər var, hətta YUNESKOya təqdim etmək üçün sənədlər hazırlanır".

E.Mikayılov qeyd edib ki, bağlanış mərasiminin proqramı hazırlanarkən rejissor tərəfindən qarışıq bir parça ifa edəcəyi ilə bağlı dəvət alıb: "Bir neçə dəqiqə ərzində həm kamançanın xarakterin göstərə bildim, həm də mistik musiqi səsləndirdim. Bu, Azərbaycanı izləyən dünya ictimaiyyətinə bir mesaj idi. Biz kamançanın da milli alətəmiz olduğunu göstərdik".

Bahar RÜSTƏMLİ
AzNews.az