Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümünün başa çatması ilə əlaqədar yaradıcılıq fəaliyyətləri ilə seçilən, uğurlu rolları və teatrın inkişafina xidmət edən əməkdaşlarını mükafatlandırıb. Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümünün başa çatması ilə əlaqədar yaradıcılıq fəaliyyətləri ilə seçilən, uğurlu rolları və teatrın inkişafina xidmət edən əməkdaşlarını mükafatlandırıb.

Bakıda teatr əməkdaşlarına mükafat verildi - SİYAHI

Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümünün başa çatması ilə əlaqədar yaradıcılıq fəaliyyətləri ilə seçilən, uğurlu rolları və teatrın inkişafina xidmət edən əməkdaşlarını mükafatlandırıb.


Bu barədə məlumatı AzNews.az-a teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğli bildirib.

Onun sözlərinə görə, mükafatlandırma mərasimində çıxış edən teatrın direktoru Əliqismət Lalayev deyib ki, teatr tariximizdə ilk dəfə arxada qalan mövsümün belə bir bayram əhval-ruhiyyəli tədbirlə dəyərləndirilməsi xüsusilə gənclərin gələcək fəaliyyətlərində mühüm rol oynayacaq.

"Gültac Əlili "Mövsümün aktrisası", Amil Həsənoğlu "Mövsümün aktyoru", Cəlalə Novruzlu "Mövsümün ən yaxşı balet artisti", Səma Cəfərova "Mövsümün ən yaxşı xor artisti", Hacı Məmmədov "Mövsümün ən yaxşı musiqiçisi (orkestr artisti)", Yelena Almazova "Mövsümün ən yaxşı sex rəisi", Məcid Hüseynov "Mövsümün ən yaxşı texniki işçisi", Əzizağa Əzizov "Mövsümün sevilən aktyoru", Əliməmməd Novruzov "Mövsümün prespektivli aktyoru", Svetlana Bulax "İlin yubiliyarı" və Nabat Səmədova "Günün yubiliyarı" seçilib.

Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi "Toya bir gün qalmış" tamaşası isə "İlin ən yaxşı tamaşası" nominasiyasının qalibi olub. Sonra Azərbaycan Respublikasının Xalq artisti Hüseynağa Sadıxovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıxov adına "Billur alma" mükafatı əməkdar artist Səidə Şərifəliyevaya və aktyor Səmədzadə Xasıyevə təqdim olunub.

Bütün qaliblərə pul mükafatları və xüsusi prizlər verilib. Daha sonra aktyorlar Emil Heydərov, Marina Litvenonko, Mehriban Zalıyeva və Elnarə Nağdəliyeva mövsüm boyu göstərdikləri səmərəli fəaliyyətlərinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri diplomları ilə təltif olunublar.

Bahar RÜSTƏMLİ
AzNews.az
image description image description image description