Britaniya Şahzadə Məktəbi tələbələrimizə diplom verəcək

İçərişəhərdə Ənənəvi İncəsənət Mərkəzi fəaliyyətə başlayır. Mərkəz "İçərişəhər" Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və Böyük Britaniya Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə layihəsidir.

Mərkəz "İçərişəhər" Qoruğunda onun üçün ayrılan xüsusi binada fəaliyyət göstərəcək. Oktyabrın 22-dən başlayacaq təlimlərdə mövzudan asılı olaraq Böyük Britaniya Şahzadə Məktəbinin müəllimləri, yerli mütəxəssislər iştirak edəcəklər.

3 illik proqramı uğurla başa vuran tələbələrə Böyük Britaniya Şahzadə Məktəbinin diplomları veriləcək.

Bahar Rüstəmli
AzNews.az