İrəvan teatrında “Stollar”

İrəvan Dövlət Dram Teatrı repertuarına yeni əsər əlavə edəcək. Bu dəfə teatrın repertuarında Yaneskonun "Stollar" pyesi salınacaq.

Bunu AzNews.az-a teatrın baş rejissoru Oruc Qurbanov bildirib. O.Qurbanovun sözlərinə görə, Yanesko yaradıcılığı Azərbaycanda ilk dəfədir ki, səhnəyə qoyulacaq: "Yanesko 20-ci illərin klassiklərindən biridir. Onun yaradıcılığı bütün dünya teatrlarında oynanılıb. Amma belə bir yazıçıya Azərbaycan rejissorları nədənsə müraciət etməyib. İlk dəfə olaraq, onu Azərbaycan səhnəsinə mən gətirəcəm".

O.Qurbanov onu da bildirdi ki, hazırda "Stollar"la bağlı ilkin hazırlıqlar gedir.

Bahar Rüstəmli
AzNews.az