Oqtay Zülfüqarovdan “Sehrli alma”

Bəstəkar, xalq artisti Oqtay Zülfüqarov uşaqlar üçün yeni balet yazıb. Bunu AzNews.az-a bəstəkarın özü deyib.
Qeyd edək ki, "Sehirli alma" adlı baletin son tamamlanma işləri gedir. Bəstəkarın ən böyük arzusu isə bu operanın Opera və Balet Teatrının səhnəsində görməkdir: "Opera və Balet Teatrı təmirə dayanacaq. İstərdim ki, teatr təmirdən çıxandan sonra o səhnədə ilk olaraq, "Sehirli alma" baleti nümayiş olunsun".

O.Zülfüqarov onu da bildirdi ki, "Sehirli alma" baleti "Məlikməmməd" xalq nağılı əsasında yazılıb: "Baletin liberettosunu özüm yazmışam. Bu balet uşaqlara böyük hədiyyə olacaq".

Bahar Rüstəmli
AzNews.az