Son günlər bəzi mətbuat orqanlarında "Azərbaycan Bayrağı orden”li qəhramanımız İbad Hüseynova qarşı qaralama, linc etmə kampaniyasına qarşı çıxanların sayı durmadan artır. Son günlər bəzi mətbuat orqanlarında "Azərbaycan Bayrağı orden”li qəhramanımız İbad Hüseynova qarşı qaralama, linc etmə kampaniyasına qarşı çıxanların sayı durmadan artır.

“O filmin sponsoru Eldar Mahmudov deyil” - Rejissor

Son günlər bəzi mətbuat orqanlarında "Azərbaycan Bayrağı orden”li qəhramanımız İbad Hüseynova qarşı qaralama, linc etmə kampaniyasına qarşı çıxanların sayı durmadan artır.

Bir çoxları kimi "Əsgər" filmini çəkən, rejissor Etibar Məmmədov da "vətəninfo"ya müsahibəsində Qarabağ döyüşlərində Ermənistan ordusuna və Qarabağda mövcud olan erməni terror təşkilatına ağır itkilər yaşatmış İbad Hüseynovla bağlı aparılan qaralama kompaniyasına etiraz edib:

- Son günlər "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynovun həyatı və döyüş yolundan bəhs edən "Əsgər" sənədli filmi haqqında müxtəlif məlumatlar yayılıb. Mətbuat yazır ki, bu film MTN-nin sponsorluğu ilə ərsəyə gəlib və keçmiş nazir Eldar Mahmudov bu filmin çəkilməsində maraqlı imiş...

-Tamamilə yalandır. MTN-nin "Əsgər" filminin sponsorluğuna qətiyyən aidiyyatı yoxdur. Bunu tam məsuliyyətlə, filmin rejissoru olan bir şəxs kimi deyirəm. Bu filmi vətənpərvər bir insan maliyyələşdirib, ancaq adının çəkilməməsini istəyib. İkincisi, bu filmin işdən qovulan keçmiş nazir Eldar Mahmudovla da heç bir əlaqəsi yoxdur. Sadəcə, filmdə 1993-cü il hadisələrinin canlı şahidi olmuş bir nəfərin müsahibə verməsi üçün MTN-ə rəsmi müraciət etdik. İcazə məhdudiyyətli idi, ona görə ki, o zaman əməliyyatçı olmuş həmin şəxs film çəkilən zaman da məxfi statusunda idi. Üzünü bağlamaqla və mövzuya aid cəmi iki sual vermək şərti ilə müsahibəyə icazə verildi. Çəkiliş bu şərtlərlə aparıldı. Buna görə, filmin sonunda yaradıcı heyət Milli Təhlükəsizlik Nazirliyinə təşəkkürünü bildirib. Vəssalam. Sponsorluq və digər ortaya atılan məsələlər ağ yalandır.

- Belə çıxır ki, belə məlumatları yayanlar filmlə tanış deyillər?

- Bəli. Birincisi, son günlərin yalan və iftiralarını yayanlar bir dəfə də olsun, "Əsgər" filminə baxmayıblar. Baxsaydılar, "MTN-nin sponsorluğu ilə" ifadəsini yazmazdılar. Filmə baxmadan, məsələnin mahiyyətindən tam xəbərsiz ola-ola belə yalan uydurmaq ondan xəbər verir ki, burada söhbət qara PR-dan gedir. Birinci yalan, avtomatik olaraq, ikincini doğurur. İkinci yalan ondan ibarətdir ki, guya, filmdə Monte Melkonyanın məhv olunması əməliyyatının MTN tərəfindən planlaşdırıldığı, İbad Hüseynov tərəfindən həyata keçirildiyi deyilir. Bu da iftiradır. Filmə baxsanız görərsiniz ki, orada təqdim olunan arxiv sənədlər Müdafiə Nazirliyinin arxivindəndir, respondentlər isə Müdafiə Nazirliyinin keçmiş hərbçiləridir.

- İbad Hüseynovun Monte Melkonyanı öldürməsini təsdiq edən başqa mənbələr varmı?

- Əlbəttə, var. Çox mötəbər elm adamları, xarici ölkələrin strateji mərkəzləri, hətta XX əsrin 90-cı illərin əvvəllərində respublikada gedən proseslərdən xəbəri olan insanlar öz əsərlərində yazırlar ki, Monte Melkonyanı İbad Hüseynov öldürüb. Onlar bunu etməyə də bilərdilər. Bu məlumatı dəfələrlə yoxlayıb sonra kitablarına, məruzələrinə daxil ediblər. Ancaq təəssüflər olsun ki, Azərbaycanda yoxlanmamış, sifariş xarakterli yalanlar yazılır. Bu, təəccüb və təəssüf doğurur.

- Söhbət yalan məlumatı yayan mətbuatdan gedir?

- Mən belələrinə mətbuat demək istəmirəm. Bu, mətbuat deyil. Bunlar aranı qarışdırmaq istəyən sifarişçilərin əmrini icra edənlərdir. Belələri mənəviyyat, kişilik, həqiqət kimi dəyərlərdən bixəbərdirlər. Bunlar o zaman mətbuat olardı ki, nəyisə yazanda qarşı tərəfin də mövqeyini öyrənərdilər. Ancaq, görünür, onlar özlərini əziyyətə salmayıblar. Bu yalanı yayanlardan birini çox yaxın keçmişdə hamı vətən xaini adlandırırdı. Həmin xain iddia edirdi ki, guya Xocalını ermənilər yox, azərbaycanlılar törədib. Həmin xain öz əməllərinə görə, həbsə alınmışdı. Bunları heç kim unutmayıb. İndi nə baş verdi ki, özünü mətbuat adlandıran orqanlar vaxtilə ermənilərin dəyirmanına su tökən xainin sözlərinə inandılar? Heç nə baş vermədi. Sadəcə, ucuz, cılız və, ən əsası, yoxlanılmamış sensasiyanı dərc etmək istəyi bütün digər tələbləri üstələdi. Yalan danışmaqla özlərini hörmətsiz etdilər.



- İbad Hüseynov və Monte Melkonyan adları həmişə yan-yana çəkilir və həmişə belə qalmaqallar baş verir...

- Doğrudur. Ancaq mən sizə deyim ki, Melkonyan İbad Hüseynovun döyüş yolunun heç 1 faizi də deyil. Sadəcə, o zaman film çəkmək ideyası yarananda bu əhvalatın üzərində dayandıq, çünki "Avo" (Montenin ləqəbi) "ASALA" beynəlxalq erməni terror təşkilatının rəhbərlərindən biri idi. İbad Hüseynovun Azərbaycanın ərazi bütövlüyü uğrunda iştirak etdiyi daha genişmiqyaslı döyüşləri olub. Həmin döyüşlərdən biri ekranlaşdırılacaq. Mən istisna etmirəm ki, onda da bəzi ağzıgöyçəklər çıxıb nəsə danışmaq istəyəcəklər. Ancaq mən tam əminəm ki, indiki kimi onda da onların çığırtıları yalnız özlərinə qalacaq.