Aşıq Şakir anıldı

Oktyabrın 27-də Kürdəmir rayon Mədəniyyət evində aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan aşıq Şakir Hacıyevin anadan olmasının 90 illik yubileyi qeyd olunub. Aşıqlar Birliyinin və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkiatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı folklorşünas alimlər, ustadın sənət yoldaşları da iştirak edib.

Qeyd edək ki, mərasimdə filologiya elmləri doktoru Məhərrəm Qasımlı və Seyfəddin Qəniyev, Elxan Məmmədli və Ağaverdi Xəlilov, şair Kərəm Kürqıraqlı və Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru Musa Nəbioğlu çıxış edərək Aşıq Şakirin həyat və yaradıcılığından söhbət açıblar.

Ustadın sənət dostları və yetirmələri olan aşıqlardan Yanvar Bədəlov, Əhliman Rəhimov, Ağamurad İsrafilov, Məhəmməd Şirvanlı, Əvəzxan Xankişiyev və başqaları çıxışları da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə həmçinin Aşıq Şakirin xatirəsinin əbədiləşdirilməsi, Kürdəmir rayonunda onun büstünün qoyulmasının vacibliyi kimi fikirlər də səsləndirilıb.
Bahar Rüstəmli

Bahar
AzNews.az