Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni təyinatlarla bağlı əmr verib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni təyinatlarla bağlı əmr verib.

Əbülfəs Qarayevdən direktor - Təyinatları

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni təyinatlarla bağlı əmr verib.


AzNews.az xəbər verir ki, Nazirliyinin strukturunda olan L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində və K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində yeni direktor təyinatları həyata keçirilib.

Belə ki, Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq, Məmməd Həsən oğlu Quliyev L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin, Fikrət Vəli oğlu Budaqov isə K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.

Bu təyinatadək M. Quliyev Azərbaycan Dövlət Konservatoriyasının professoru, F. Budaqov isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktor müavini vəzifəsində çalııb.