Anar da fəxri adların ləğvini istədi

"Ona görə susdum ki, digər ad alanlar sevinirdilər"



Azərbaycan Yazıçılar Birliyinin sədri Anar "Xalq yazıçısı" və "Xalq şairi" adının əleyhinə çıxıb. "Mən bu məsələni bir dəfə Prezident qarşısında qaldırdım. Yazıçılar üstümə düşdülər ki, onlar əziyyət çəkiblər və bunun qarşılığını almaq istəyirlər. O zaman 10 yazıçıya ad verildi ki, onlardan biri də mən idim. O zaman susdum" deyən Anar indi də fikrində qaldığını deyib.

AYB sədrinin sözlərinə görə, susmasının səbəbi digər 9 yazıçının bu adı almasına sevinməsi olub: "Ona görə susmadım ki, bu ad mənə də verilmişdi. Ona görə susdum ki, digər ad alanlar sevinirdilər. Amma mən bu adların verilməsinin əleyhinəyəm".

Bahar Rüstəmli
AzNews.az