Mais Məmmədov: “Bizim filmdə söhbət Qarabağdan gedir. O filimdə isə Qarabağ yoxdur” Mais Məmmədov: “Bizim filmdə söhbət Qarabağdan gedir. O filimdə isə Qarabağ yoxdur”

“Xoca” filimi plagiatdır?

Mais Məmmədov: “Bizim filmdə söhbət Qarabağdan gedir. O filimdə isə Qarabağ yoxdur”



"Xoca" filimi ilə bağlı daha bir fakt... AzNews.az-a daxil olan məlumata ğörə, Vahid Mustafayevin "Xoca" filmində plagiat səhnələr var.

Məlumatda qeyd olunur ki, "Xoca"nın bir çox səhnələri Rusiyanın istehsalı olan "Brestskaya krepost" filmindən götürülüb. Aleksandr Kotun rejissorluğu ilə ərsəyə gələn bu filim İkinci Dünya Müharibəsindən bəhs edir.

Filimin süjet xəttini Belarusda qalanınn müdafiəsi təşkil edir. "Xoca" filmində də ermənilərın Xocalıdakı qətliamları eyni səhnələr və eyni süjet xətti ilə təqdim edilir.

ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov AzNews.az-a açıqlamasında "Xoca" filimi haqqında deyilən xəbərin şayiə olduğunu dedi: "Hər iki filimin süjet xətti ayrıdır. "Xoca" tamam başqa filimdir, "Brestskaya krepost" isə tamam başqa. Bəyəm onların arasında fərqi görmürsünüz? Bizim filmdə söhbət Qarabağdan gedir. O filimdə isə Qarabağ yoxdur".

Bahar Rüstəmli
AzNews.az