Lon Ancelesdə “Qızıl qlobus” mükafatının laureatları elan olunub. Lon Ancelesdə “Qızıl qlobus” mükafatının laureatları elan olunub.

“Qızıl qlobus” mükafatının – Qalibləri

Lon Ancelesdə “Qızıl qlobus” mükafatının laureatları elan olunub.



AzNews.az xəbər verir ki, ən yaxşı dramatik film kimi "Sağ qalmış" ("The Revenant") seçilib. "Sağ qalmış"da baş rolu oynayan Leonardo Di Kaprio dram üzrə ən yaxşı kişi aktyoru kateqoriyası üzrə mükafata layiq görülüb.

Qeyd edək ki, bu artıq Di Kaprionun üçüncü "Qızıl qlobus"udur.

"Qızıl qlobus"un dram üzrə ən yaxşı qadın rol ifaçısı Bri Larson seçilib. O, bu mükafata "Otaq" ("Room") filmindəki rolu ilə layiq görülüb. İkinci planda ən yaxşı qadın aktrisa "Stiv Cobs"dakı ("Steve Jobs") rolu ilə Keyt Uinston, ikinci planda ən yaxşı kişi aktyor isə "Krid: Rokkinin irsi" ("Creed") filmindəki rolu ilə Silvester Stalloni layiq görülüb. Dünyaca məşhur aktyoru artıq döyüş filmlərinin digər əfsanəvi aktyoru Arnold Şvarsneger təbrik edib.

Ridli Skottun "Marslı" filmi "komediya və müzikl" kateqoriyası üzrə ən yaxşı film kimi seçilib. Komediya üzrə ən yaxşı kişi aktyoru nominasiyasında "Marslı" filmindəki rolu ilə Mett Deymon mükafata layiq görülüb. Ən yaxşı ssenari və film musiqi nominasiyasının qalibi "Nifrət edilən səkkizlik" olub. Dram üzrə ən yaxşı serial aktyoru "Ağılsızlar"dakı rolu ilə Con Hemm seçilib.

"Qızıl qlobus"un bir-birindən məşhur qalibləri arasında Ledi Qaqa da qeyd olunub. Müğənni "Amerika dəhşətlər tarixi" serialının beşinci sezonunda oynayaraq "TV üçün ən yaxşı mini-serial və ya film aktrisası kateqoriyasında mükafat alıb.

Qeyd edək ki, "Oskar"dan sonra ikinci önəmli mükafat sayılan "Qızıl qlobus" 1944-cü ildən etibarən verilməyə başlayıb. Qalibləri xarici mətbuat assosiasiyası müəyyən edir. Assosiasiyanın tərkibinə Hollivudda çalışan təxminən 90 beynəlxalq jurnalist daxildir.

Aydan AXUNDOVA