“Dolların bahalaşmasının, yaxud da ucuzlaşmasının mənə heç bir aidiyyəti yoxdur”. “Dolların bahalaşmasının, yaxud da ucuzlaşmasının mənə heç bir aidiyyəti yoxdur”.

Muğam ifaçısı devalvasiya haqqında: “Bundan sonra gündə bir dəfə yeyəcəyəm”

“Dolların bahalaşmasının, yaxud da ucuzlaşmasının mənə heç bir aidiyyəti yoxdur”.

Bunu AzNews.az-a açıqlamasında Əməkdar müəllim, tanınmış muğam ifaçısı Qəzənfər Abbasov deyib. Muğam ifaçısı ölkədə baş verən proseslərə normal baxdığını deyib: "Dünyada baş verən proseslərdir, normal yanaşmaq lazımdır. Dünənə kimi gündə üç dəfə yeyirdim, bu gündən bir dəfə yeyərəm. Biz aclığa öyrəşmişik".

Xanəndə düşünür ki, manatın ucuzlaşmasından yeməyi gündə artıq bişirib zibil qablarına tökənlər, çörəyi dəhlizlərə, küçələrə atanlar əziyyət çəkirlər: "Boynu yoğunlar canlarının hayına qalsınlar. Çünki dollarlarını qoymağa yer tapmırdılar. İndi isə evləri, villaları necə olacaq deyə düşünüb özlərinə dərd edirlər".

Bahar Rüstəmli
AzNews.az