Maşından nələr çıxmadı... - FOTO

Gömrükdə külli miqdarda dərman preparatları aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "BMW 528" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin ön panelinin altından və arxa oturacağının arxa hissəsində yerləşən örtüyün altından- 105 ampula "Vеrаpаmil", 25 flakon "Qonnadotropin xorioniçeskiy", 5 flakon "İntesti-bakteriofaq", 3 flakon "Neuleptil", 5 ədəd sprey "Oktenisept", 90 kapsul "Omeqa 3-6-9", 120 kapsul "Karnozin", 500 həb "Kortef", 5 ədəd "Primadofilus", 10 flakon "Etoksisklerol", 200 həb "Ketosteril" , 56 paket "Diviqel", 200 həb "Teralidjen valenta", 100 həb, "Macmiror", 100 həb "Noopept", 14 həb "Sumatriptan", 20 həb "Amiksin", 60 həb " Pronoran", 100 həb "Naltrekson", 30 həb "Reksetin", 4 flakon "Bakteriofaq", 2 flakon "Karipazim", 25 həb "Zoviraks", 60 həb "Orlit", 3 ədəd "Elokom losyon", 1 ədəd "Mikospor nabor", 30 həb "Komplivit", 1 ədəd "Oflomil", 2 ədəd krem "Libre derm", 1 ədəd sprey "Mezolux", 8 həb "Miqrenol", 3 ədəd "Salofalk" markalı dərman vasitələri və 38 ədəd dərman vasitələri üçün plastik qablar aşkar olunub.

Nigar CƏFƏR
AzNews.az

image description