İki il sonra nə üçün təzədən bu söhbət açıldı, anlamıram. İki il sonra nə üçün təzədən bu söhbət açıldı, anlamıram.

Sosial media fenomeni polis tərəfindən saxlanıldı

İki il sonra nə üçün təzədən bu söhbət açıldı, anlamıram.

İzmirin Ödemiş bölgəsində sosial media fenomeni, 22 yaşlı Simge Barankoğlu iki il öncə adı çəkildiyi davaya görə gözaltına alınıb.

Ədliyəyə təhvil verilən Barankoğlu sərbəst buraxılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial media fenomeni Simge Barankoğlu dünən axşam saatlarında Ödemiş bölgə polis bölməsinin asayiş qrupları tərəfindən saxlanılıb.

“İfadəmi verdim, sərbəst buraxıldım”.

Barankoğlu respublika prokurorluğuna ifadə verdikdən sonra sərbəst buraxılıb.

Demirören Xəbər Agentliyinə (DHA) açıqlama verən Barankoğlu belə deyib:

“Bundan iki il əvvəl də bir davada adım hallanmışdı, bu səbəbdən barəmdə məhkəmə açılmışdı. Daha sonra qarşı tərəflə oturub danışdıq və məsələ bağlandı. İki il əvvəl olan bir məhkəmə idi. İki il sonra nə üçün təzədən bu söhbət açıldı, anlamıram.

Notariusa getdim, orada bir işim var idi. Bir müddət sonra polis gəldi. İfadə verməli olduğumu deyərək məni polis mərkəzinə götürdülər. Daha sonra ifadəmi alıb, sərbəst buraxdılar”.

Qeyd edək ki, Simge Barankoğlu “Örümcek, korktun mu, yılan, korktun mu?” videosu ilə sosial mediaya damğasını vuran fenomen daha öncə də satışı qanunsuz olan elektronik siqaretlərin reklamını etdiyi üçün polis tərəfindən saxlanılıb.

Səidə Nurməmmədli

AzNews.az