Xarkovda başı kəsilən Türk qızlarının valideynləri cənazələri götürməyə getdilər

Tələbələri öldürən Hüsnü Can Ç. dünən həbs olunaraq həbsxanaya göndərilib.

Ukraynanın Xarkov şəhərində öldürülən 20 yaşlı Buket Yıldızın və 22 yaşlı Zeynep Hüsünbeyin cənazələrini götürmək üçün yaxınları - Buket Yıldızın valideynləri Canan və Hikmət Levent Yıldız, xalası Teyvən Şevval, Zeynep Hüsünbeyin atası Yurdal Hüsünbeyi Xarkov şəhərinə gedib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, onları Türkiyə Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Vladimir Belıy, iş adamı Zeki Aşkar və Türkiyə Respublikasının Kiyev şəhərindəki səfirliyinin əməkdaşı qarşılayıb.

DHA-nın suallarını cavablayan fəxri konsul Belıy "Türkiyə vətəndaşı olan tələbə qızların cənazələrinin Türkiyəyə ən qısa zamanda göndərilməsi üçün əlimizdən gələn hər şeyi edirik" deyib.

Belıy cənazələrin sabah, ya da ən geci yanvarın 9-da Türkiyəyə göndəriləcəyini söyləyib:

"Yanvarın 7-i Ukrayna Pravoslav Kilsəsinin rəsmi bayramıdır və cənazələr sabah qəbul edilə bilər. Zeynep Hüsünbeyi və Buket Yıldızı öldürən Hüsnü Can Ç. isə dünən həbs olunaraq həbsxanaya göndərilib".

Babək Göyüş

© AzNews.az

image description