Gənc oğlanı öldürən trans qadına ömürlük həbs cəzası veriləcək?

Vəkili "qadının" sərbəst buraxılmasını tələb edib.

Keçən ilin aprel ayında Türkiyənin Bursa şəhərində nəqliyyatda 49 yaşlı trans qadın Derya Yıldırım və 20 yaşlı Can Görkem Bayraktar mübahisə edib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddiaya görə, daha sonra yoluna davam edən Deryanı evinə qədər izləyən Can Görkem Bayraktar ona bıçaq çəkib.

Odun parçası ilə Canın əlinə vurub bıçağı yerə salan Derya onu bıçaqlayaraq öldürüb.

Prokuror bu gün məhkəməsi keçirilən Derya Yıldırım üçün ömürlük həbs cəzası, vəkili isə sərbəst buraxılmasını tələb edib.

Derya Yıldırımın məhkəməsi fevral ayınadək təxirə salınıb.

Nigar Cəfər

AzNews.az