Qanunsuz silah gəzdirməklə bağlı saxlanılan var Qanunsuz silah gəzdirməklə bağlı saxlanılan var

Mingəçevir və Lənkəranda odlu silahlar aşkar edilib

Qanunsuz silah gəzdirməklə bağlı saxlanılan var

Mingəçevir və Lənkəran şəhərlərində odlu silahlar aşkar edilərək götürülüb.

DİN-dən AzNews.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şössesindən 1 ədəd “F-1”, 2 ədəd “RQD-5” markalı qumbaralar və 53 ədəd patron tapılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərovdan 1 ədəd qumbara və 1 ədəd nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng aşkar edilərək götürülüb. Araşdırma aparılır.

AzNews.az