Qızını boğaraq öldürən ana - "Gedin, meyiti evdədir"

O, həbs olunaraq həbsxanaya göndərilib.

Türkiyədə qızını boğaraq öldürən ana polisə gedərək "Mən qızımı öldürdüm, meyiti evdədir, gedin götürün" deyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə dünən gecə saat 5 radələrində Van şəhərinin Tuşba bölgəsində qeydə alınıb.

İddialara görə, Ayşe Aynanın anası və atası bir müddət əvvəl boşanıbmış.

Boşanma prosesindən sonra anası ilə qalan keçmiş cütlüyün qızı Ayşe Ayna bir əyləncə mərkəzində işə düzəlib və evə gec qayıtmaq məcburiyyətində qalıb.

Bu hal isə anasının xoşuna gəlməyib və evdə həmişə mübahisə yaranıb.

Hadisə vaxtı Ayşe Ayna yenə evdə anası ilə mübahisə edib.

Anası isə hirsindən qızını boğaraq öldürüb və polis bölməsinə gedərək hər şeyi etiraf edib: "Evimdə qızımı öldürdüm".

Şübhəli ananı tutduqdan sonra polis ünvana gəlib və meyitlə qarşılaşıb. Meyit ədliyyəyə aparılıb. Ana isə verdiyi ifadəsində "Qızım əyləncə mərkəzində işləyirdi, buna qarşı idim. Həm də evə gec gəlirdi. Bu üzdən tez-tez mübahisəmiz olurdu".

Ana çıxarılan məhkəmə qərarından sonra həbs olunaraq həbsxanaya göndərilib.

Babək Göyüş

AzNews.az

image description image description