- Hadisə
- 15:21
- 1 018
Azərbaycanda hissedilən zəlzələ oldu
Azərbaycanda zəlzələ olub.
Aznews.az xəbər verir ki, yerlatı təkanlar bir neçə bölgədə hiss olunub.
İlkin ehtimala görə, zəlzələ 5 baldan yuxarı baş verib.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, məlumata görə, dağıntı olmasa da, yeraltı təkan hiss edilib.
xxx
Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.
Qeyd edilib ki, 5,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 15:13-də, 42 km dərinlikdə baş verib.