Xüsusi qabiliyyət imtahanlarına start verilir

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub.

Bu barədə DİM-dən məlumat verilib.

22 iyun 2026-cı il tarixindən etibarən ali təhsil pilləsinin, Təsviri sənət istiqamətinin 15-ci komissiyası, İdman istiqamətinin 62-ci komissiyası, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53-cü komissiyası üzrə qabiliyyət imtahanlarına start veriləcək.

İdman istiqaməti üzrə 61-ci komissiyası üzrə (birinci mərhələ imtahanı olan şahmat – 6117, karate – 6111, boks – 6107, sambo – 6112, taekvondo – 6118, həndbol – 6114, futbol – 6108, cüdo – 6110, stolüstü tennis – 6116, voleybol – 6119, sərbəst güləş – 6113, yunan-roma güləşi – 6127), 62 və 63-cü komissiyalar, Təsviri sənət istiqaməti üzrə 14 (yalnız 14-cü komissiyanı seçənlər) və 15-ci komissiyalar , Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53 –cü komissiya üzrə qeydiyyatdan keçən abituriyentlər (subbakalavrlar) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi ” çap edə bilərlər.

Komissiyalar üzrə imtahan tarixləri, imtahana buraxılış vərəqələri (imtahana ən azı 5 gün qalmış) mərhələli şəkildə abituriyentlərin (subbakalavrların) qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçdikləri səhifələrində yerləşdiriləcək.

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları isə iyulun 1-dən etibarən keçirilməyə başlanılacaq.

Aznews.az