- Hadisə
- 17:44
- 979
Beyləqan sakini kanalda batdı
Beyləqan sakini su kanalında batıb.
Aznews.az xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının Beyləqan rayonu Eyvazalılar kəndi ərazisində keçən hissəsində qeydə alınıb.
Kanalda batan şəxsin rayonun Mılabad kənd sakini, 1961-ci il təvəllüdlü Əhliman Sarıyev olduğu bildirilir.
Hadisə yerinə FHN-in dalğıc xilasetmə qrupu cəlb edilib. Axtarış əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.