- Qərb
- 18:32
- 2 627
Ukrayna bu sahədə Rusiyanı üstələyir - Sırski
FPV dronlar sahəsində Ukrayna ordusu Rusiya üzərində üstünlüyə malikdir və son aylarda bu üstünlük Ukraynanın xeyrinə artmaqda davam edir.
AzNews.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski deyib.
“May ayında Ukrayna ordusunun PUA bölmələri düşmənin təxminən 180 min təsdiqlənmiş hədəfini vurub ki, bu da aprel ayı ilə müqayisədə 12,7% çoxdur. Təxminən 4 min ədəd “Şahid” tipli PUA zərərsizləşdirilib ki, bu da əvvəlki ayın göstəricisindən 27% yüksəkdir. Həmçinin düşmənin pilotsuz aviasiya kompleksləri operatorlarının təxminən 10 min mövqeyi məhv edilib”, - Sırski bildirib.