Həbs olunan gənclər kriminal aləmə yaxınlıqları ilə seçilirlər Həbs olunan gənclər kriminal aləmə yaxınlıqları ilə seçilirlər

İnsanlara hədə-qorxu gələn 3 gənc həbs edildi - Məhkəmə zalında

Həbs olunan gənclər kriminal aləmə yaxınlıqları ilə seçilirlər

Sumqayıtda sakinləri ölümlə hədələyərək onlardan pul tələb etməkdə təqsirləndirilən 2000-ci il təvəlüdlü Nicat Rzazadə, 2001-ci il təvəllüdlülər - Sənan Rüstəmov və Kamran Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən təqsirləndirilən şəxslərin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hər üçü məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, adları keçən şəxslər özlərini "kriminal aləm"in üzvləri kimi apararaq əvvəldən tanıdıqları Sumqayıt şəhər sakinləri - Çinarə Əliyeva, Ziyad Həsənov, Elmin Miriyev, Məhəmməd Həsənzadə və Rüstəm Əhmədovu döyməklə, öldürməklə və yandırmaqla hədə-qorxu gələrək pul tələb ediblər. Onlar həmçinin bir neçə şəxsin mobil telefonunu da alaraq qaytarmayıblar. Zərərçəkənlərin şikayəti əsasında hər üç şəxs saxlanılıb.

Azər
AzNews.az